Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Danimarkada haker hücumlarının sayı xeyli artıb


2013-cü ilin birinci rübündə Danimarkada kiberhücumların sayı xeyli artıb. Bu barədə Danimarkanın Hərbi Kəşfiyyat strukturuna daxil olan Kibernetika Təhlükəsizlik Mərkəzinin hesabatında qeyd edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, ölkənin kibernetik təhlükəsizliyi qiymətləndirilən sənəddə qeyd edilib ki, son zamanlar adıçəkilən ölkənin KİV saytları, özəl şirkətləri və dövlət qurumlarına qarşı həyata keçirilən "DDoS" hücumların sayı xeyli artıb. Kibernetika Təhlükəsizlik Mərkəzinin direktoru Tomas Lund-Serensen Danimarka hökumətini və şirkət rəhbərlərini kompüter sistemlərinin təhlükəsizliyi ilə bağlı daha diqqətli olmağa çağırıb.

"Kiberhücum şirkət ağır nəticələrə səbəb ola bilər, - o deyib, - texnoloji proses, hətta kifayət qədər təcrübəsi olmayan hakerə, demək olar ki, istənilən veb-sayt və elektron poçtu iflic etməyə imkan verir".

Hesabatda yalnız "DDoS" hücumlara deyil, həm də "Yüksək mürəkkəbliyə malik daimi təhdidlər" adlanan problemə toxunulub. Əsasən Çinin haker qrupları tərəfindən həyata keçirilən bu cür hücumlar virus proqramlarının yayılması və ələ keçirilmiş məlumatların müvəqqəti saxlanılması üçün kənar kompüterlərdən istifadə edilməsi ilə səciyyələnir.

"Hazırda Danimarkadan kiberhücumların həyata keçirilməsi üçün platforma qismində istifadə edilməsi xüsusi narahatlıq doğurur" – Lund-Serensen deyib.

Emil Hüseynov




29/04/13    Çap et