Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Galaxy S4” su keçirməyəcək
"The Wall Street Journal" nəşrinin məlumatına əsasən, "Samsung Electronics" şirkəti yayda bu günədək anons edilməmiş 8 düymlük planşet və "Galaxy" ailəsinə aid olan smartfon buraxmağa hazırlaşır.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, 7 və 10 düymlük qurğular xəttini zənginləşdirəcək, yeni planşetin iyun ayında buraxılması gözlənilir. Təqribən iyul ayında "Samsung" şirkəti "Galaxy S 4" smartfonunun xüsusi versiyasının təqdimatına hazırlaşır. Bu model su və toz keçirməyən olacaq. Yeni "Galaxy S4 Active" bir çox parametrlərinə və görünüşünə görə öncə təqdim edilmiş "Galaxy S4"-də oxşayacaq. Xatırladaq ki, orijinal "S4"-ün satışına ötən həftənin cümə və şənbə günləri başlanılıb. ABŞ-da satışlar aprelin 30-da başlayacaq.
Bununla yanaşı, "Samsung" şirkəti "Galaxy S4", 4,3 düym ekrana malik olan yığcam versiyasını buraxmaq niyyətindədir. Mənbələr bildirirlər ki, bu qədər çeşiddə oxşar məhsulun buraxılması, "Samsung"a bazarda daha çox müştəri əhatə etmək imkanı verir. "Strategy Analytics"in məlumatına əsasən, ötən il ərzində "Samsung" dünya bazarına smartfonların təchizatını 56% artırıb və bu ilin ilk üç ayı ərzində bazara 69,4 milyon aparat təqdim edib.
Eyni dövr ərzində "Apple iPhone" qurğularının bazara təchizatı 6,6% artaraq 37,4 milyon smartfon təşkil edib. Üçüncü yeri ilk dəfə olaraq Koreyanın "LG Electronics" şirkəti tutub. Ümumilikdə bu ilin birinci rübündə bazara 209,5 milyon smartfon təchiz edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
Analitiklər bildirirlər ki, aparatların əhəmiyyətli hissəsi, Çin, Hindistan, Braziliya və Şərqi Avropada satılan büdcəli "Android"-devaysların payına düşür. "Strategy Analytics" onu da qeyd edib ki, Çinin "Huawei" və "ZTE" şirkətlərinin məhsullarının bazara təchizatı artıb.
Aynur Vəliyeva
29/04/13 Çap et