Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp”, “Viber” və “Skype” üçü birlikdə onu dəfn etdi


“Informa” analitik şirkətinin dərc etdiyi yeni hesabata əsasən, mobil internet messencerlər ilk dəfə göndərilmiş mesajların sayına görə “SMS” mesajları ötüb. Şirkətdən verilən məlumata əsasən, “WhatsApp”, “Viber” və ya “Skype” kimi həllər artıq ötürülən məlumatların həcminə görə “SMS” mesajları ötür.

Sözügedən analitik şirkətin qiymətləndirməsinə əsasən, 2012-ci ildə istifadəçilər internet messencerlər vasitəsilə orta hesabla 19 milyard mesaj ötürüblər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, analitiklər qeyd edirlər ki, belə yerdəyişmə artıq mobil şirkətlərin gəlir strukturuna öz təsirini göstərir. SMS mesajlar mobil operatorlar üçün son 20 il ərzində yaxşı gəlir mənbəyi olub, hazırda isə bu gəlir mənbəyi göz qabağında əriyir. “Informa” analitik şirkətinin nümayəndələri bildirir ki, bəzi operatorlar analitiklərlə danışıq zamanı SMS-dən əldə olunan mənfəətin azalması faktını etiraf ediblər.

Sözügedən analitik şirkətin proqnozuna əsasən, 2014-cü ilədək gün ərzində müxtəlif internet messencerlər vasitəsilə təxminən 50 milyard mesaj və SMS vasitəsilə 21 milyard mesaj ötürüləcək. SMS xidmətini “dəfn edildiyini” söyləmək hələ tezdir.

Emil Hüseynov




29/04/13    Çap et