Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” korporasiyası “Android” platforması ilə işləyən noutbukların istehsalını planlaşdırır


"Intel" korporasiyasının vitse-prezidenti Dedi Perlmater "CNET" internet nəşrinə şirkətin planları haqqında danışıb. Məlum olub ki, adıçəkilən şirkət yaxın vaxtlarda 200 dollar qiymətində "Android" platforması ilə işləyən noutbuk istehsal etməyi planlaşdırır.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, dünyanın ən böyük prosessor istehsalçısının rəsmisinin sözlərinə görə, yeni noutbuklar "Intel Atom" mobil prosessoru ilə təchiz ediləcək. Jurnalistlərin "bəs nə üçün "Windows 8" əməliyyat sistemi ilə işləyən planşetlərin qiyməti 200 dollardan bahadır?"- sualına vitse-prezident belə cavab verib ki, hər şey "Microsoft"un proqram təminatına qoyduğu qiymətlə bağlıdır.

Emil Hüseynov




29/04/13    Çap et