Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli sığorta şirkəti “AXA Messenger” xidmətini işə salıb
"AXA MBASK" şirkəti yeni "AXA Messenger" adlı xidməti öz agentlərinə təqdim edir.
"ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, "AXA Messenger" "AXA MBASK" mütəxəssisləri tərəfindən, şirkətin ümumi sığortaçılıq proqramı olan "Phoenix" sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi (Digital Campaign Managment) moduludur. Bu modul vasitəsilə agent öz adından, öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə e-mail və ya SMS-bildirişləri vasitəsilə marketinq xəbərləri yaya bilər.
"AXA Messenger" agentlərin qeydiyyat bazası ilə onlayn rejimdə işlədiyi üçün e-mail və SMS-bildirişlər, müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq.
Belə ki, agentlər bu yolla sığorta ödənişinin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdıra bilərlər.
Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, SMS-bildirişlər həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.
CAHANGİR
29/04/13 Çap et