Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Spamerlər vaxtilə şöhrət qazanmış, lakin unudulmuş üsulları istifadə etməyə başlayıblar


Bu ilin birinci rübünün nəticələrinə əsasən "Kaspersky Laboratoriyası" arzuedilməz məktubların ümumi poçt trafikində həcminin cüzi artımını qeydə alıb.

"ICTnews" xəbər xidmətinin "Kaspersky Laboratoriyası"na istinadən verdiyi məlumata əsasən, nəticədə spamın ümumi payı 66,5% təşkil edib. Eyni zamanda, spamda ziyanverici əlavələrin sayı hesabat dövründə 3,3% təşkil edib. Fişinq məktubların payı isə əksinə, 4,25 dəfə azalıb və 0,004%-ə enib.

2013-cü ilin birinci rübündə spamerlər, həmişəki kimi, dünyanın ən səs-küylü hadisələrindən - Venesuelanın prezidenti Uqo Çavesin ölümünü, Rim Papası Benedikt XVI-in taxt-tacından imtina etməsi və yeni pontifikin seçilməsi ilə bağlı xəbərlər, videofayllar, şəkillər, ziyanverici URL tərkibli məktublara diqqəti cəlb etmək üçün istifadə edilib.

Hesabat dövründə bədəməllər, spam-filtirlərdən asanlıqla keçmək üçün "Yahoo!"-nun, "Google Translate"-in və digər leqal servislərin imkanlarından aktiv istifadə ediblər.

Spamerlər bir neçə üsuldan ibarət kombinasiyaları istifadə etməyə başlayıblar, ö cümlədən, məlum olan, lakin artıq şöhrətini itirmiş üsullardan.

Spam mənbəyi olan ölkələr siyahısında bu ilin birinci rübündə Çin və ABŞ sözsüz liderliklərini qoruyub saxlayıb, bu ölkələr müvafiq olaraq 24,3% və 17,7% paya malik olmaqla birinci və ikinci yerləri paylaşıblar. Üçüncü yeri, 9,6% spam həcmi ilə Cənubi Koreya tutub. Bu ölkələrdən spam müxtəlif regionlara ünvanlanır. Belə ki, bu ölkələrdən spam Asiyaya, ABŞ-dan əsasən Şimali Amerikaya, Koreyadan isə əsasən Avropaya.

Ekspertlər gələcəkdə spamın həcminin hazırkı səviyyədə qalmasını və daha da artmasını gözləyirlər.

Aynur Vəliyeva




29/04/13    Çap et