Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elektron məlumat bazasının təqdimatı keçiriləcək
Mayın 2-də saat 10:00-da Kürdəmir şəhəri, Gənclər evində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev çağdaş kitabxana quruculuğunun banisidir" mövzusunda konfrans keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən M.F.Axundov adına Milli Kitabxanadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə keçirilən konfransda ümummilli liderə həsr olunmuş elektron məlumat bazasının təqdimatı və "Heydər Əliyev milli intibahımızın memarıdır" adlı kitab sərgisi də təşkil olunacaq.
HƏQİQƏT
30/04/13 Çap et