Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika dərsləri üçün yaradılmış faydalı proqram təminatı təkmilləşdirilib


İnformatika dərsləri üçün yaradılmış faydalı proqram təminatı - "ALPLogo" proqramı bir qədər də təkmilləşdirilib. Belə ki, bu yaxınlarda "ALPLoqo" proqramının yeni 2.1 versiyası müəllim və şagirdlərin istifadəsinə veriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə " http://www.informatik.az/" saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, proqramda 6-cı sinif İnformatika kurikulumunun standartlarına uyğun əlavələr edilib:

"Yeni versiyanın geniş proqramlaşdırma imkanları var. Dəyişənlərlə iş və musiqi redaktorunun daxil edilməsi proqramlaşdırma mühitinin yaradıcılıq imkanlarını çox artırıb. Dəyişənlərin və seçim komandasının əlavə edilməsi bir çox yeni funksiya və əməliyyatlardan istifadə imkanlarını genişləndirib. Hazırda proqram məhsulu testləşdirmə mərhələsindədir".

HƏQİQƏT




30/04/13    Çap et