Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Galaxy Tab 3” planşetini təqdim edib
“Samsung” şirkəti “Samsung Galaxy Tab 3” planşetini rəsmi təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy Tab 3” planşeti 1280x800 piksel təsvir ölçülü 7 düymlü ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 16 QB daxili yaddaş ilə təchiz edilib.
Həmçinin 3 və 1.3 meqapikselli kamera mövcuddur. Qurğu “Android 4.1 Jelly Bean” əməliyyat sistemi ilə işləyir. Sözügedən planşet bu ilin mayında satışa çıxarılacaq. Qiyməti haqqında hələ ki məlumat verilmir.
Emil Hüseynov
30/04/13 Çap et