Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı ölkə ən böyük fərdi kompüter bazarı adına layiq görülüb?
"IHS iSuppli" analitik şirkətinin dərc etdiyi hesabata əsasən, Çin ən böyük fərdi kompüter bazarı adına layiq görülüb. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, adıçəkilən hesabatda qeyd edilir ki, 2012-ci ildə sözügedən ölkədə yeni kompüterlərin tədarük həcmi 69 milyon olub.
Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 66 milyon təşkil edib. Analitiklər bildiriblər ki, indiyə qədər məhz ABŞ yeni kompüterlərin ən böyük qlobal bazarı idi, lakin hazırda qərb bazarlarında istifadəçilər daha çox smartfon və planşetlərə maraq göstərir, halbuki Çin Xalq Respublikasında (ÇXR) büdcəyə uyğun yeni fərdi kompüter modellərinə sabit tələbat var.
Emil Hüseynov
30/04/13 Çap et