Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Təhsil, texnologiya və tərəqqi”
"Sərhədçi" İdman Olimpiya Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Təhsil, texnologiya və tərəqqi" mövzusunda sərgi açılıb.
Bakının bütün təhsil müəssisələrinin iştirak etdikləri sərgidə müəllim və şagirdlərin yaradıcı işləri, o cümlədən əl işləri, elektron vəsaitlər əsasında hazırlanmış işlər, bir sıra fiziki və kimyəvi təcrübələr, distant və inklüziv təhsil, milli - mənəvi irs, psixoloji xidmət və digər sahələrlə bağlı işlər, stend və layihələr təqdim olunub. 40 bölmədən ibarət sərgi, eyni zamanda, son illər təhsil sahəsində görülən işlərin hesabatı xarakteri də daşıyır.
RƏVAN
30/04/13 Çap et