Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın və Gürcüstanın elektron xəritəsi əsasında internet-həllər hazırlayan proqramçılar maliyyələşdirilə bilər


Proqramçıların "Gomap.az" bazasında həllərin yaradılmasına cəlb olunmasının məqsədi "İKT ili"ndə Azərbaycanın yüksək texnoloji sektorunun dəstəklənməsi və uğurlu biznes-modelin tətbiqi ilə eyni adlı elektron xəritə ətrafında effektiv ekosistemin formalaşdırılmasından ibarətdir.

İnvestisiyalar həm həllin və ya proqramın hazırda mövcud olan versiyasının təkmilləşdirilməsinə və ya inkişafına, həm də hər hansı bir ideyanın tam sıfırdan başlayaraq reallaşdırılmasına istiqamətlənir. Bütün ideyalara hazırda ölkədə həyata keçirilən "Startup Azerbaijan" müsabiqəsi çərçivəsində baxılacaq.

Qeyd etmək lazımdır ki, həmin müsabiqə çərçivəsində "Gomap.az" "İnvestor" statusunda çıxış edir. "Ümumdünya İKT sektorunun ən əsas istiqamətlərindən biri mobillik şəraitində istifadəçilərin mühüm köməkçi aləti rolunu oynamağa başlamış geo-informasiya sistemlərinin yaradılmasıdır.

Azərbaycan sözügedən istiqamətdə ilkin addımlarını atmaqdadır və "Gomap.az" elektron xəritəsi son illərin ən uğurlu layihəsidir. "Gomap.az" heyəti öz səylərini ölkənin perspektivli proqramçıları ilə birləşdirməyə və Azərbaycanın İKT sahəsinin məhz bu seqmentinin inkişafı məqsədilə əlaqədar həllərə sərmayə qoymağa hazırdır",- "Gomap.az"-ın çağırışında belə deyilir.

RƏVAN




30/04/13    Çap et