Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İntranet əsaslı videotəlim mexanizmlərini əhatə edən bilik idarəetmə sistemi qurulacaq


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) biliklərin idarə edilməsi sisteminin qurulmasına dair seminar keçirilib. “ICTnews” elektron xəbər xidmətinə komitədən bildirilib ki, “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində avstriyalı ekspertlər tərəfindən həyata keçirilən seminarın məqsədi QKDK-da daha zəngin məlumat portalı və bazasının yaradılması, intranet əsaslı videotəlim mexanizmlərini əhatə edən bilik idarəetmə sisteminin qurulması, əməkdaşların və təşkilatın potensial üstünlüklərinin və çatışmazlıqlarının qiymətləndirilməsi, habelə bu məlumatlardan səmərəli istifadə edilməsindən ibarətdir.

Seminarda biliklərin idarə olunması sisteminin qısa təsviri və həyata keçirilməsi, bu istiqamətdə qabaqcıl təcrübə ilə tanışlıq, həmçinin sistemin komitədə tətbiq imkanlarına dair ətraflı müzakirələr aparılıb.

HƏQİQƏT




30/04/13    Çap et