Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda kredit məlumatlarının məxfiliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcək
Azərbaycanda Kredit bürosunun yaradılması çərçivəsində kredit məlumatlarının məxfiliyinin təmin edilməsinə xüsusi diqqət yetiriləcək. Azərbaycanda Kredit Bürosunun Yaradılması üzrə İcra Komitəsinin sədri Rauf Axundov bildirib ki, Kredit bürosunun yaradılması çərçivəsində fərdi məlumatların qorunmasına böyük diqqət yetirilməsi məsələsi öndə durur.
“Bununla yanaşı, bizim məqsədimiz müştərilərin hüquqlarının qorunması ilə yanaşı, maliyyə qurumlarının risklərinin azaldılmasıdır. Eyni zamanda biz hesab edirik ki, telekommunikasiya, ticarət şirkətləri və fəaliyyəti borc ödənişi ilə bağlı olan bütün qurumların bu büronun fəaliyyətində rolu böyükdür və onların nümayəndələrinin büronun yaradılmasında yaxından iştirak etmələri vacibdir”,- deyə o bildirib.
Xatırladaq ki, Azərbaycanda Kredit Bürosunun Yaradılması üzrə İcra Komitəsi ötən ilin yayından fəaliyyət göstərir.
Aynur Vəliyeva
30/04/13 Çap et