Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar ərizə, şikayət və təkliflərini elektron qaydada göndərə biləcəklər


Ədliyyə Nazirliyinə (ƏN) ərizə, şikayət və təklifləri ünvanlamaq asanlaşdı. Belə ki, nazirlik "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə növbəti elektron xidmətini təqdim edib. Bununla da vətəndaşlar ərizə, şikayət və təkliflərini ƏN-ə elektron qaydada göndərə biləcəklər.

Ədliyyə Nazirliyinə elektron müraciət xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, xidmət vətəndaşların ərizə, şikayət və təkliflərinin Ədliyyə Nazirliyinə elektron qaydada göndərilməsindən ibarətdir.

Elektron xidmət http://www.e-gov.az və http://exidmet.justice.gov.az internet ünvanları vasitəsilə göstərilir. İstifadəçi müvafiq sahələrə elektron poçt ünvanını, müraciətin məzmununu daxil edir, müraciətin formasını seçib "Göndər" düyməsini vuraraq sorğunu göndərir.

Sorğu qəbul olunduqdan sonra istifadəçinin elektron ünvanına müraciəti ilə əlaqədar müvafiq cavab məktubu göndərilir. İnteraktiv növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır. 

CAHANGİR




30/04/13    Çap et