Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“NFC” texnologiyasını dəstəkləyən mobil telefonların tədarük həcmi təxminən 10 dəfə artacaq
“NFC” texnologiyası və onun əsasında həyata keçirilən simsiz mobil ödənişlər getdikcə müasir smartfonlarda daha çox istifadə edilir. Bunu nəzərə alaraq, 2012-2017-ci illərdə “NFC” modulları ilə təchiz edilmiş mobil telefonların tədarük həcmi təxminən 10 dəfə artacaq.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS” konsaltinq firmasının tərkibinə daxil olan “IMS Research” tədqiqat şirkətinin ekspertlərinin proqnozuna əsasən, bu ildən sözügedən bazarın sürətli inkişafı başlanacaq.
2013-cü ildə dünyada “NFC” modulu ilə təchiz edilmiş 268.4 milyon mobil telefon tədarük ediləcək. Bu göstərici 2012-ci ilin nəticəsindən 123% çoxdur. Artım tempi qarşıdakı bir neçə il ərzində yüksək olaraq qalacaq. Nəticədə 2017-ci ildə “NFC” texnologiyasını dəstəkləyən telefonların tədarük həcmi 1.2 milyard qurğu olacaq.
Emil Hüseynov
30/04/13 Çap et