Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zədələnməyən smartfon
"Synrgic Technology" şirkəti "Android 4.0.4 Ice Cream Sandwich" mobil əməliyyat sistemi ilə işləyən "Uno" smartfonunu təqdim edib. Sözügedən aparat 1.5 QHs takt tezlikli ikinüvəli "TI OMAP 4470" prosessoru ilə təchiz edilib.
4.7 düymlü "IPS" matrisli ekranın təsvir ölçüsü 720x1280 piksel təşkil edir. "Gorilla Glass" şüşəsi ekranı zədələnmədən qoruyur. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, smartfon 1 QB əməli yaddaş, 16 QB həcmində fləş-yığıcı, "Micro-SD" kartları üçün slot, "Bluetooth 3.0" və "Wi-Fi (802.11b/g/n)" simsiz rabitə adapterləri, "NFC" mikroçipi, FM tyüner, "MicroUSB" portu, "GPS" qəbuledicisi, qulaqcıqlar üçün konnektor, akselerometr, rəqəmli kompas və hiroskopla təchiz edilib.
Bundan başqa, smartfonun arxa panelində 8 meqapiksellik, ön paneldə isə 2 meqapiksellik kamera var. Aparatın çəkisi 133 qramdır, ölçüləri 135x71x9.5 mm-dir. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. Qiyməti 230 dollar təşkil edir.
Emil Hüseynov
30/04/13 Çap et