Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
QKDK-da zəngin məlumat portalı və bazası yaradılacaq
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) biliklərin idarə edilməsi sisteminin qurulmasına dair seminar keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, seminarın məqsədi QKDK-da daha zəngin məlumat portalı və bazasının yaradılması, intranet əsaslı video təlim mexanizmlərini əhatə edən bilik idarəetmə sisteminin qurulması, əməkdaşların və təşkilatın potensial üstünlüklərinin və çatışmazlıqlarının qiymətləndirilməsi, habelə bu məlumatlardan səmərəli istifadə edilməsindən ibarət olub.
Tədbirdə biliklərin idarə olunması sisteminin qısa təsviri və həyata keçirilməsi, bu istiqamətdə qabaqcıl təcrübə ilə tanışlıq, həmçinin sistemin komitədə tətbiq imkanlarına dair ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, sözügedən seminar avstriyalı ekspertlər tərəfindən “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.
CAHANGİR
01/05/13 Çap et