Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

.AZ domainlərinin qeydiyyatı üçün platforma hazırlanır


2013-cü ilin İKT ili elan edilməsi ilə birgə, bu il bir sıra problemlərin həlli gözlənilirdi. Bunlardan biri də .AZ domainlərinin online qeydiyyatı ilə əlaqədardır.

.AZ domainlərində səlahiyyətli qurum olan Intrans şirkəti müxtəlif tətdbirlərdə və press-relizlərdə platformanın hazırlandığını qeyd edirdilər. Həmin platformanın test mərhələlərinin başladığını nəzərinizə çatdırırıq.

Qeydiyyat saytı — www.online.az/ olacaq. Saytın test mərhələsində olduğunu deməyə əsas verən isə Whois zamanı alınan nəticələrdir. Görünür ki, hələ ümumi baza ilə tam birləşdirilməyib.




01/05/13    Çap et