Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyalı sərmayədar “Apple” şirkətinin səhmini alıb


Rusiyalı sərmayədar Alişer Usmanov "Apple" şirkətinin 100 milyon dollarlıq səhmini alıb. "ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, o, yaxın üç il ərzində "Apple" şirkətinin səhmlərinin sərmayə qoyuluşu üçün münasib obyekt olduğunu bildirib.

A.Usmanovun sözlərinə əsasən, şirkətin səhmlərinin qiyməti 100 milyard dollara endiyi üçün səhmləri almaq üçün münbit şərait yaranıb. "Strategy Analytics"in məlumatına əsasən bazara "iPhone" təchizatı bu ilin birinci rübündə 2007-ci ildən bu günədək ən aşağı səviyyədə olub.

Bununla yanaşı, dünya smartfon bazarında "Apple" şirkətinin payı 23%-dən 18%-dək azalıb.

Qeyd edək ki, A. Usmanov yüksək texnoloji şirkətlərə ənənəvi olaraq vəsait qoyur. "Garsdale" holdinqinin səhmlərinin 80%-i, "Meqafon"un mobil operatorunun səhmlərinin 50%-dən çoxu və "Yota"nın səhmlərinin 100%-i, "Mail.ru Group", "Facebook", "Vkontakte" və "Odnoklassniki" sosial şəbəkələrinin, "DST Global"ın bir sıra fondunun səhmləri ona məxsusdur.

Aynur Vəliyeva




01/05/13    Çap et