Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Radiotezliklər İdarəsi 200-dən artıq qanunsuz radioelektron vasitə aşkarlayıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 2013-ci ilin yanvar-aprel ayları ərzində 206 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb.

İdarədən verilən məlumata görə, bu ilin 4 ayı ərzində DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 240 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 206 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Onlardan 165 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 27 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR




01/05/13    Çap et