Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sazz 4G internet modemlərinin qiymətlərini endirdi


Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin "İKT ili" elan olunması ilə əlaqədar olaraq "AzQtel" MMC provayderi "SAZZ 4G" genişzolaqlı simsiz limitsiz İnternet xidmətinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. İlk olaraq şirkət bütün modemlərin qiymətlərində köklü dəyişikliklər etməyi qərara alıb.

"AzQtel" MMCdən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, qiymətlər 55%-dək endirilib. Belə ki, AX326 USB modeminin standart qiyməti ƏDV daxil 65 manatdan 29 manata, MF-10 Wi-Fi ruterinin qiyməti 55 manatdan 29 manata, IX380 stasionar Wi-Fi mərkəzinin qiyməti 120 manatdan 89 manata, simsiz portativ Sazz Wimaxion modemi isə 140 manatdan 119 manata endirilib.

Sadalanan bütün modemləri Sazz 4G Internetin Süleyman Rüstəm küçəsi 9 ünvanında yerləşən baş ofisində və bütün Sazz 4G İnternet satış nöqtələrində əldə etmək mümkündür. Sazz satış nöqtələrinin dəqiq ünvanlarını və əlaqə telefon nömrələrini www.sazz.az saytından əldə etmək olar. Modemləri həmçinin 191 əlaqə nömrəsinə zəng etməklə istənilən ünvana sifariş etmək də mümkündür.

Xatırladaq ki, Sazz 4G İnternet ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən Sazz İnternet yaxın bir neçə ay ərzində müxtəlif regional mərkəzlərdə, o cümlədən, Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran və digər şəhərlərdə də fəaliyyətə başlamağı planlaşdırır.




01/05/13    Çap et