Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlin əvvəlindən qeydiyyatdan keçmiş milli domen adlarının xalis artımı 1252 domen təşkil edib


Azərbaycanda bu günə kimi 17569 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.

“ICTnews” xəbər xidmətinin verdiyi məlumata əsasən, bu il isə ölkədə cəmi 2110 domen qeydə alınıb, 858 - qeydiyyatdan çıxarılıb, və beləliklə ilin əvvəlindən domen adlarının xalıs artımı 1252 domen təşkil edib. Hazırda Azərbaycanda 16385-*.az, 699-*.com.az, 172-*.edu.az, 91-*.org.az, 54-*.net.az, 42-*.int.az, 41- *.co.az, 39-*.pp.az, 23 -*.info.az, 11- *.biz.az, 3 -*.name.az domeni istifadə olunur. Son üç ildə *.az domen zonasında kəskin artımı müşahidə olunur, və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə- 4387, 2012-ci ildə – 5478 domen adı olub.

Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılmasıda müşahidə olunur, və bunun nəticəsində 2012-ci oldə *.az domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.

Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımı 4500-dək təşkil edəcəyini gözləmək olar.

Aynur Vəliyeva




01/05/13    Çap et