Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qara Dəniz Ticarət və İnkişaf Bankı potensial müştərilərinə online ərizə formasını təqdim edib
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) biznes təkliflərin təqdim edilməsini asanlaşdırmaq üçün online ərizə formasını təqdim edib.
"ICTnews" xəbər xidmətinin BSTDB rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu xidmət regional şirkətlərin maliyyələşdirilməsini tezləşdirmək üçün və "kağızdan azad" müraciət etmək imkanı təqdim etmək üçün yaradılıb.
Online ərizə, BSTDB komandasının köməyi ilə layihənin hazırlanması prosesini sürətləndirir və bankın xidmətlərinə artan tələblərə dərhal cavab verməyə kömək edir.
Aynur Vəliyeva
01/05/13 Çap et