Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”un populyarlığı azalır
Müstəqil araşdırmalara əsasən, "Facebook" sosial şəbəkəsinin auditoriyası bir ay ərzində milyonlarla istifadəçi itirib. Buna alternativ sosial şəbəkələr səbəb olub.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "SocialBakers" şirkətinin analitikləri bildirir ki, ötən ay dünyanın ən böyük sosial şəbəkəsi 6 milyon istifadəçi itirib ki, bu da ümumi auditoriyanın 4%-lik azalması deməkdir. Böyük Britaniya, ABŞ, Kanada, İspaniya, Fransa, Almaniya, Yaponiyada sözügedən sosial şəbəkə istifadəçilərinin sayı azalıb.
"Problem ondan ibarətdir ki, ABŞ və İngiltərədə insanların əksəriyyəti artıq "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçib və bir müddət ondan istifadə ediblər. Lakin insanlar həmişə yeni nəsə istəyirlər. "Facebook"u "MySpace"in taleyi gözləyirmi? Risk aşağı olsa da, lakin mümkün ola biləcəyini də istisna etməmək olmaz" – "Enders Analysis" şirkətindən yeni media üzrə mütəxəssis İan Mod belə deyib.
Məsələn, foto mübadiləsi xidməti "Instagram" kimi alternativ sosial şəbəkələr, əksinə istifadəçiləri özünə cəlb edir.
Digər ölkələrdən fəqrli olaraq, "Facebook" Cənubi Amerikada aktiv şəkildə inkişaf edir. Belə ki, bu sosial şəbəkənin Braziliyada aylıq auditoriya son ay ərzində 6% artaraq 70 milyon olub. Lakin inkişaf etmiş ölkələrdə "Facebook"un auditoriyası azalır.
Emil Hüseynov
01/05/13 Çap et