Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “Svyaz-Expocom- 2013” beynəlxalq sərgisində təmsil olunacaq


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mayın 14-17-də Moskvada keçiriləcək “Svyaz-Expocom- 2013” 25-ci beynəlxalq sərgidə iştirak edəcək.

“ICTnews” xəbər xidmətinin sərginin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərgidə xüsusi stendlə iştirak edəcək.

Sərgidə telekommunikasiya texnologiyaları və şəbəkələri, 3G/4G şəbəkələri, Ethernet, FTTx, хDSL texnologiyaları, elektrik şəbəkəsi vasitəsi ilə genişzolaqlı internet xidmətlərinə çıxış imkanları, NGN və GPON şəbəkələrinin, radiotezlik identifikasiya (RFID), virtual fərdi şəbəkələr (VPN), LTE, WiMAX, Wi-Fi/WLAN, MVNO, MNP texnologiyalarının imkanları təqdim ediləcək.

Eyni zamanda, sərgidə infokommunikasiya infrastrukturu, provayder və rabitə operatorlarının xidmətləri, billinq, CRM sistemləri, informasiya, fiziki təhlükəsizlik sistemləri nümayiş ediləcək.

Aynur Vəliyeva




01/05/13    Çap et