Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin birinci rübündə “Facebook”un mənfəəti 3 dəfə artıb


2013-cü ilin birinci rübündə dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"un mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 1,46 milyard dollar olub. Xalis mənfəət 219 milyon dollar təşkil edib ki, bud a ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon daha çoxdur.


Bu barədə sözügedən şirkətin nümayəndələri bildirib. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Facebook"un mənfəəti hər şeydən əvvəl, reklam sayəsində artıb.

Bununla belə, amerikanın maliyyə analitikləri investorların "Facebook" sosial şəbəkəsinə kifayət qədər etibar etmədiklərini qeyd ediblər. Ötən ilin mayından etibarən şirkətin səhmlərinin qiyməti müsbət dinamika göstərib.

Emil Hüseynov




02/05/13    Çap et