Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mühəndislər kiçik gepard robot yaradıblar (VİDEO)
İsveçrə Federal Texnologiya İnstitutunun "Biorobotics lab" adlanan laboratoriyasının mütəxəssisləri "Cheetah-Cub" adlı dördayaqlı robot hazırlayıblar.
"ICTnews.az" elektron xəbər xidməti "http://zhelezyaka.com" saytına istinadən bildirir ki, sözügedən robotun çəkisi 1.1 kiloqramdır və ölçüsünə görə ev pişiyini xatırladır. Robotun hərəkətlərinə nəzarət edən sistem Britaniyanın "Kinetic Impulse" şirkəti tərəfindən hazırlanıb.
Robot sınaqlar zamanı saniyədə 0.43 metr sürətlə hərəkət edə bilər. "Cheetah-Cub" hələ ki dördayaqla çapa bilmir.