Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda indiyədək 40413 ədəd radioelektron vasitə qeydiyyata alınıb


Hazırda Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 40413 ədəd təşkil edir.

İdarədən verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində 1772 ədəd radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. 01 may 2013-cü il tarixinə Dövlət Radiotezliklər İdarəsində 364 radiotezlik istifadəçisi qeydiyyatdadır.

Onlardan 68 istifadəçi dövlət, 242 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat və 31 istifadəçi isə fiziki şəxslərdir.

CAHANGİR




02/05/13    Çap et