Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Parlamentinin üzvü: “Azərbaycanda İKT sahəsində böyük nailiyyətlər əldə olunub”


“ASAN xidmət” modeli unikal sistem kimi digər ölkələri də belə addım atmağa sövq edəcək”. Bunu “ASAN imza – mobil hökumətin açarıdır” mövzusunda keçirilən konfransda Avropa Parlamentinin üzvü Kristina Ojulan bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan belə bir xidmət çox unikal sistemdir. K.Ojulan Azərbaycanda İKT sahəsində də böyük nailiyyətlər əldə olunduğunu qeyd edib.

Onun sözlərinə görə, İKT sahəsinə yatırılan investisiya həm gələcəyə yönəlib, həm də hazırkı ehtiyacları təmin etməkdədir. “Avropa ölkələrinə baxdıqda Azərbaycan bu sahədə öncül yerlərdədir. Effektivlik nöqteyi-nəzərindən də İKT sektoruna investisiya yatırılması zərurətdir və Azərbaycan bunda maraqlıdır”.

Avropa Parlamentinin üzvü Avropada rəqəmsal iqtisadiyyatın prioritet kimi müəyyən edildiyini və 2011-ci ildə İKT-də çalışanların 6,7 milyon nəfərə çatdığını deyib. O, sözlərinə əlavə edib ki, 2000-2010-cu illərdə İKT-də işçi qüvvəsi hər il 4,3 faiz artıb.

RƏVAN




02/05/13    Çap et