Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ASAN xidmət” modeli unikal sistem kimi digər ölkələri də belə addım atmağa sövq edəcək
Azərbaycanda İKT sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. "ASAN xidmət" modeli unikal sistem kimi digər ölkələri də belə addım atmağa sövq edəcəkdir.
Bunu Avropa Parlamentinin üzvü Kristina Oyuland mayın 2-də Bakıda "ASAN imza - mobil hökumətin açarıdır" mövzusunda keçirilən konfransda deyib. Kristina Oyuland vurğulayıb ki, İKT sahəsinə yatırılan investisiya həm gələcəyə yönəlib, həm də hazırkı ehtiyacları təmin etməkdədir. Avropa ölkələrinə baxdıqda Azərbaycan bu sahədə öncül yerlərdədir. Effektivlik nöqteyi-nəzərindən də İKT sektoruna investisiya yatırılması zərurətdir və Azərbaycan bunda maraqlıdır.
Avropa Parlamentinin üzvü Avropada rəqəmsal iqtisadiyyatın prioritet kimi müəyyən edildiyini və 2011-ci ildə İKT-də çalışanların 6,7 milyon nəfərə çatdığını söyləyib. 2000-2010-cu illərdə İKT-də işçi qüvvəsi hər il 4,3 faiz artıb.
03/05/13 Çap et