Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanlı gənclər avropalı mütəxəssislərin iştirakı ilə elektron xidmətlərlə bağlı müzakirələr aparıblar
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Gənclərin elektron fəaliyyətlərinə investisiya yatırılması prosesinin modelləri və çətinlikləri" mövzusunda konfrans keçirib.
ATGTİ-nin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən konfransın məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində tələbələrə paylanılmış kartlar vasitəsilə elektron satınalmalar və rəqəmsal xidmətlərdən yararlanma imkanlarını inkişaf etdirmək olub.
Konfransın açılış mərasimində ATGTİ-nin sədri Şahin İsmayilov, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və "Xəzər" İnvestisiya Mərkəzinin rəhbəri Elşən Musayev iştirak ediblər.
Konfrans çərçivəsində Avropanın 8 ölkəsindən gəlmiş 15-ə yaxın mütəxəssis yerli tələbələrlə birgə dünyada geniş yayılmış elektron xidmətlərə dair müzakirələr aparmış və sualları cavablandırıblar.
03/05/13 Çap et