Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows 8” əməliyyat sisteminin bazar payı artıb
“Net Applications” analitik şirkətinin məlumatına əsasən, “Windows 8” əməliyyat sisteminin bazar payı artaraq 3,84% olub.
“ICTnews.az” elektron xəbər xidməti “ict.ua” saytına istinadən bildirir ki, 2013-cü ilin aprelində “Windows 8” ƏS-nin payı 0,53% artaraq 3,84% olub.
Eyni zamanda “Windows 7” ƏS-nin bazar payı 0.01% azalaraq 44,72% təşkil edib. Analitiklər istehlakçıların yeni sistemə marağının az olmasını yaxın vaxtlarda “Windows”un yeni versiyasının (Blue və ya Windows 8.1) çıxarılacağı ilə izah edirlər.
Emil Hüseynov
03/05/13 Çap et