Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” korporasiyasına yeni baş direktor təyin edilib


"Intel" korporasiyası öz gələcək baş direktorunun adını açıqlayıb. Çip istehsalçısının məlumatına əsasən, şirkətin əməliyyat və istehsal direktoru Brayen Krazaniç "Intel"in yeni baş direktoru olacaq.

Onun qarşısına "Intel"in server və masaüstü sahədə qazandığı uğuru mobil sektorda təkrarlamaq vəzifəsi qoyulub. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, sözügedən korporasiyadan verilən məlumata əsasən, Brayen Krazaniç korporasiyanın tarixində altıncı "CEO" olacaq.

O, mayın 16-da keçiriləcək şirkətin növbəti illik səhmdarlar yığıncağında vəzifəsinin icrasına formal olaraq başlayacaq. Məlumat üçün bildirək ki, "Intel" korporasiyası indiyə qədər kənar "CEO"-lar tərəfindən idarə olunmayıb. Brayen Krazaniç, həmçinin 30 il müddətində "Intel" şirkətində işləyib.

Analitiklər bildiriblər ki, yeni baş direktor qarşısında şirkəti mobil sektorda ön sıralara gətirmək kimi kifayət qədər iddialı tapşırıq qoyulub.

Emil Hüseynov




03/05/13    Çap et