Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony Ericsson” “3D” dəstəkli smartfon istehsal edəcək


İsveç-Yapon ittifaqı olan “Sony Ericsson” şirkəti, “3D” dəstəkli kommunikator üzərində işləyir. İstehsala hazırlanan qurğu haqqında hələlik informasiya azdır. Bildirilib ki, o, 4,7 düym diaqonallı sensor ekrana malik olacaq. Belə ki, stereoskopik təsvirə xüsusi eynəksiz baxmaq mümkündür. Şayiələrə görə, ekranın kəskinliyi 1280×720 piksel təşkil edəcək.
Müşahidəçilər güman edirlər ki, smartfon “HDMİ” rəqəmli interfeys və “3D”-çəkiliş dəstəkli kamera ilə təchiz ediləcək. Ehtimal edilir ki, proqram platforması “Android” əməliyyat sistemi olacaq. Qeyd edək ki, 2011-ci ilin 2-ci rübündə “Sony Ericsson” 7,6 milyon mobil aparat satıb.


hard.compulenta.ru




03/08/11    Çap et