Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyatda gediş kartlarının buraxılması ilə məşğul olacaq prosessinq mərkəzinin yaradılması üzrə işlər başa çatır


Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş kartlarının buraxılması ilə məşğul olacaq prosessinq mərkəzinin yaradılması üzrə işləri başa çatdırır. Bu barədə Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, işlər "MasterCard" beynəlxalq ödəniş sistemi və bir sıra banklarla birgə aparılır. Hazırda avtobuslarda avadanlıqlar quraşdırılır, mütəxəssislər və sürücülər öyrədilir. Artıq gediş haqqı kartlarına sifariş verilib.

Hazırda əsas vəzifə ölkə əhalisi arasında nəqliyyat üzrə gediş kartlarının paylanması, həmçinin əhali arasında bu kartlardan istifadə ilə bağlı izahat işlərinin aparılmasıdır.

Kartın balansının yüklənməsi şəhərin müxtəlif rayonlarında istifadə edilə biləcək banklar, köşklər və mobil terminallar vasitəsilə mümkün olacaq.

RƏVAN




03/05/13    Çap et