Şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcun öyrənilməsi ilə bağlı e-xidmətin istifadə proseduru açıqlanıb
Məlumat Hesablama Mərkəzi (MHM) şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcun öyrənilməsi ilə bağlı elektron xidmətin istifadə prosedurunu açıqlayıb. Mərkəzdən verilən məlumata görə, vətəndaşlar "Elektron hökumət" portalı vasitəsilə "Əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc (PİN-ə görə)" e-xidmətindən asanlıqla yararlana bilərlər.
Bu xidmət vasitəsilə vətəndaş PİN kodu əsasında adına olan şəhərdaxili telefon nömrələri üçün qəbzlər üzrə borclar haqda məlumatları əldə edə bilər. Elektron xidmətdən istifadə etmək üçün adıçəkilən portala
(
www.e-gov.az) daxil olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc (PİN-ə görə)" xidmətini seçmək lazımdır.
Açılan "Qəbzlər üzrə borc" formasının içərisində şəxsiyyət vəsiqəsində olan PİN kodu əsasında qəbzdə qeyd olunan məlumatlar - telefon abunəçisinin adı, adına olan ev telefon nömrələrinin və ünvanların siyahısı, həmin telefon nömrələri üçün qəbzlər üzrə borclar haqqında olan məlumatlar cədvəl şəklində əks olunacaq. İstənilən vaxt həmin məlumatları çap etmək mümkündür.
Qəbzlər üzrə borc olmadıqda isə, "Məlumat yoxdur" sətri görünəcək.
Qeyd edək, bu e-xidmətdən istifadə etdikdə, başqa vətəndaşa məxsus olan PİN kodu daxil etmək mümkün deyil. Sözügedən xidmətdən
bu linkə daxil olaraq yararlanmaq olar:
CAHANGİR