Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İKT Siyasəti Beynəlxalq Forumunda təmsil olunacaq


Azərbaycan mayın 14-16-da Cenevrədə keçiriləcək Telekommunikasiya/İKT Siyasəti beynəlxalq Forumunda təmsil olunacaq.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanı Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək.

Telekommunikasiya İKT sahəsində 5-ci Ümumdünya Siyasi Forum sürətli dəyişən informasiya və telekommunikasiya texnologiyaları (İKT) mühitində fikir mübadiləsi aparmaq üçün təşkil olunan yüksəksəviyyəli beynəlxalq tədbirdir.

Aynur Vəliyeva




03/05/13    Çap et