Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hesab.az” portalında fərdi avtomobillərin sığortalanması üzrə onlayn xidmət istifadəyə verilib
“Hesab.az” internet ödəmə portalı “Atəşgah” şirkəti ilə birgə fərdi avtomobillərin sığortalanması üzrə onlayn xidmətlər göstərməyə başlayıb.
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, ilkin mərhələdə “Hesab.az”da qeydiyyatdan keçən istifadəçilərə ən rahat və sərfəli sığorta növü – avtomobil icbari mülki məsuliyyət siğorta polisləri təklif olunur.
Sığorta məbləğinin hesablanması xüsusi yaradılan modulda aparılır və bu rəqəm məlum olan kimi müvafiq ödənişlər istənilən bank kartları ilə həyata keçirilir. Polisin ünvana çatdırılması 48 saat ərzində təmin edilir, Bakı və Sumqayıt üzrə çatdırılma pulsuzdur.
CAHANGİR
03/05/13 Çap et