Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İşlək "Apple" kompüteri hərraca çıxarılacaq
"Breker" hərrac evi işlək "Apple-1" kompüterini hərraca çıxarmağa hazırlaşır. Qiymətin 392 min dollar olacağı gözlənilir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən hərrac evindən verilən məlumata əsasən, hazırda 6 ədəd işlək "Apple-1" kompüteri mövcuddue və satılan model onlardan biridir. Hərrac mayın 25-də olacaq.
Xatırladaq ki, sözügedən kompüter şirkətin ilk kommersiya məhsuludur. Onlar şəxsən "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak tərəfindən əllə yığılıb və Stiv Cobs tərəfindən 666.66 dollara satılıb.
Cəmisi 200 ədəd bu cür kompüter istehsal edilib. Bununla belə, işlək kompüter üçün istifadəçilər korpus, "qida" mənbəyi, klaviatura və monitor əlavə etməli idilər.
Emil Hüseynov
04/05/13 Çap et