Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Outlook.com” elektron poçt xidmətindən 400 milyon insan istifadə edir


Məşhur brend və çoxmilyonlu reklam kampaniyası “Microsoft” korporasiyasının yeni “Outlook.com” poçt resursuna populyarlıq gətirib. Ötən ilin yayında istifadəyə verildiyi andan sözügedən xidmətin aktiv hesablarının sayı 400 milyonadək artıb.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, aktiv istifadəçilərin 125 milyonu elektron poçt, təqvim və kontakt siyahısından mobil qurğular üzərindən “Exchange ActiveSync” xidməti vasitəsilə istifadə edirlər.

Amerikanın “Microsoft” şirkəti sözügedən xidmətin populyarlığını belə izah edib ki, proqramçılar komandası daima onun erqonomikliyinin təkmilləşdirilməsi üzərində işləyir və yeni funksiyalar əlavə edirlər.

Emil Hüseynov




06/05/13    Çap et