Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmizdə kompüter proqramlarından istifadə etməklə torpaqsız şəraitdə qızılgül yetişdirilir


Azərbaycanda kompüter proqramlarından istifadə etməklə torpaqsız şəraitdə qızılgül yetişdirilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunun üçün yaradılan istixana ən müasir tələblərə cavab verən və tam sənaye səviyyəsində avadanlıqla təchiz olunub.

Məlumat üçün bildirək ki, “AzAqro” MMC istixana təsərrüfatları 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlayıb.

«Güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur» - müəssisədən bildirilib.

Qeyd edək ki, müəssisənin balansında olan texniki vasitələr beynəlxalq standartlara tam uyğun səviyyədə məhsulların yetişdirilməsinə imkan verir.

SEYMUR




06/05/13    Çap et