Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pentaqon “Samsung” və “BlackBerry”-nin məhsullarından istifadəni təqdir edib


Pentaqon “Samsung” və “BlackBerry” şirkətlərinin mobil qurğularından istifadəni rəsmi təqdir edib. Bu barədə qurumun nümayəndələrinə istinadən “Röyters” agentliyi məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, Bu halda söhbət “Samsung” şirkəti tərəfindən yaradılmış və “Android Knox” platforması və “BlackBerry 10” ilə işləyən smartfonlardan gedir.

Xatırladaq ki, indiyə qədər məhz “Blackkberry” şirkəti ABŞ Müdafiə Nazirliyi üçün əsas smartfon tədarükçüsü olub. Hazırda 470 min əməkdaş sözügedən şirkətin, 41 min əməkdaş “Apple”ın və 8.7 min əməkdaş “Android” platforması ilə işləyən cihazlardan istifadə edir.

Emil Hüseynov




06/05/13    Çap et