Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” “Aepona” şirkətini satın alıb


“Intel” korporasiyası internet provayder və “bulud” xidmətləri tədarükçüləri üçün proqram təminatının işlənib hazırlanması üzrə ixtisaslaşmış “Aepona” şirkətini satın aldığını bəyan edib.

İnternet provayder və rabitə operatorları “Aepona” şirkətinin həlləri vasitəsilə yeni xidmətlər tətbiq edir və onların işini idarə edir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Sözügedən şirkətin qərargahı İrlandiyada yerləşdir, Belfast və Dublin şəhərində isə nümayəndəlikləri fəaliyyət göstərir, bundan başqa ABŞ və Şrilankada regional ofisləri var. Sazişin maliyyə qiyməti açıqlanmayıb.

Emil Hüseynov




06/05/13    Çap et