Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya dünyanın ən sürətli superkompüterini yaradacaq
Yaponiya dünyanın ən sürətli superkompüterini yaratmaq qərarına gəlib. Tokio KİV-nin verdiyi məlumata əsasən, superkompüter üzərində işlərə 2014-cü ildə başlamaq planlaşdırılır. Onun hazırlanmasına 100 milyard yena (1 milyard dollardan çox) ayırmaq planlaşdırılır.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə Yaponiyada “K” superkompüteri yaradılıb. Onun məhsuldarlığı 15.1 petaflops (saniyədə kvadrilyon əməliyyat) təşkil edir. Sözügedən superkompüter 88 min səkkiznüvəli prosessorla təchiz olunub, onun yaradılmasına 112 milyard yena (1.42 milyard dollar) xərclənib. Lakin 2012-ci ildə bu nəhəng birinciliyi Amerikanın “Sekvoya” superkompüterinə uduzub.
Hazırda superkompüteri üçüncü yerdə qərarlaşmış Yaponiya yenidən liderliyi özünə qaytarmaq istəyir.
Emil Hüseynov
06/05/13 Çap et