Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Noutbukların tədarük həcmi azalıb
2013-cü ilin aprelində dünyanın beş aparıcı şirkəti tərəfindən istehsal edilən noutbukların tədarük həcmi ötən ayla müqayisədə 20% azalıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Digitimes Research" analitik şirkətinin ekspertlərinin hesablamasına əsasən, "Hewlett-Packard", "Acer" və "Lenovo" şirkətlərinin istehsalı olan noutbukların tədarük həcmi 20% azalıb.
Digər istehsalçılar, həmçinin pis nəticə göstərib, buna görə də 2013-cü ilin ikinci rübünün yekununa görə noutbuk bazarının həcmi illik köhnəliyin göstəricisindən 15% aşağı ola bilər.
2013-cü ilin birinci rübündə noutbukların qlobal tədarük həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azalıb. "Digitimes Research"in analitikləri qeyd ediblər ki, yığcam kompüterlər bazarında hələ belə mənfi dinamika qeydə alınmayıb.
Emil Hüseynov
06/05/13 Çap et