Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə-Bakı” voleybol klubu ABŞ millisinin
Azərbaycan çempionu Bakının “Rabitə” voleybol klubu növbəti mövsüm hazırlıqlarını yekunlaşdırmaq üzrədir.
ABŞ millisinin ötürücüsü Meri Nelli Spayser növbəti mövsümdən etibarən “Rabitə”nin şərəfini qoruyacaqdır. Voleybolçu ilə “Rabitə” arasında bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, voleybolçu son mövsümü Polşanın “Budqoş” komandasında keçirib. Hazırda ABŞ millisinin düşərgəsində olan oyunçu noyabrda Yaponiyada keçiriləcək dünya kuboku yarışlarından sonra “Rabitə”nin sıralarına qoşulacaqdır.
04/08/11 Çap et