Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft İnternet Explorer”də boşluq aşkar olunub
Hakerlər bu boşluqdan dövlət müəssisələrinin saytlarının istifadəçilərinə hücum məqsədilə istifadə ediblər.
“ICTnews” xəbər xidmətinin “www.cert.gov.az” saytına istinadən verdiyi məlumata əsasən, ötən həftənin çərşənbə günü ABŞ-ın Əmək Nazirliyinə və Energetika Nazirliyinə silsilə hücumlar həyata keçirilib. İlkin araşdırmalara görə, belə düşünülürdü ki, hakerlər “İnternet Explorer” üçün hər hansısa eksploitdən istifadə ediblər.
Lakin ətraflı aparılan təhqiqatlar zamanı aydın oldu ki, sayt istifadəçilərinə “0day CVE-2013-1347” boşluğunun köməyi ilə hücum olunub. Hələlik yaranmış boşluq haqda hər hansı bir açıqlama verilməsə də, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “İnternet Explorer”in boşluq olan versiyasından istifadə etməyi məsləhət görmür.
Aynur Vəliyeva
06/05/13 Çap et