Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” yeni sistemə keçir
"Facebook" sosial şəbəkəsi şifrə itdiyi zaman istifadəçi profilini bərpa etmək üçün yeni sistemə keçməyə hazırlaşır.
"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" istinadən verdiyi məlumata əsasən, hər istifadəçi 3-5 dost seçə bilər və onlara profillərinin məxfi açarlarını etibar edə bilər. Əgər istifadəçi öz profilinə daxil ola bilmirsə, "Facebook" həmin istifadəçiyə aid informasiyanı onun dostlarından soruşacaq.
Hesab edilir ki, ən etibarlı insanlar telefon vasitəsilə istifadəçiyə zəng edib onun profilində yaranmış problem haqda məlumat ala bilər. "Facebook" rəhbərliyi bildirir ki, siz məxfi sualınızı unuda bilərsiniz, lakin etibarlı dostlarınızı əsla.
06/05/13 Çap et