Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda Beynəlxalq İnternet Cəmiyyətinin filialının yaradılması ilə bağlı növbəti görüş keçiriləcək


Azərbaycanda Beynəlxalq İnternet Cəmiyyətinin filialının  yaradılması üzrə təşəbbüs qrupu "ISOC" (Internet Society, ISOC) ilə danışıqlara davam edir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "ISOC" birmənalı olaraq Azərbaycanda filialını açacaq, bununla bağlı artıq razılaşma da əldə edilib. "Bu il bu məsələ ilə bağlı növbəti görüşün keçirilməsi gözlənilir. Son aparılan danışıqlar zamanı artıq müəyyən edilib ki, filial ölkədə internetin tənzimlənməsi üzrə fəaliyyət göstərən qurumların nəzdində yaradılmayacaq. Bu, tam yeni bir qurum olacaq " - deyə təşəbbüs qrupuna yaxın mənbədən bildiriblər.

Qeyd edək ki, "ISOC" – dünya birliyi naminə internetin açıq inkişafı, istifadəsi və evolyusiyası xeyrinə çıxış edən aparıcı qeyri-kommersiya təşkilatıdır. "ISOC" - internet haqda qlobal məlumat sahəsində etibarlı müstəqil mənbə və ekspert toplusudur. "ISOC" istifadəçilər, şirkətlər, hökumət nümayəndələri və digər təşkilatlar arasında internet siyasəti, texnologiyalar və qlobal şəbəkənin gələcək inkişafı haqda dialoqa təşviq edir və bununla da dünya üzrə internetin inkişafını təmin edir.

Aynur Vəliyeva




06/05/13    Çap et